Əsas Səhifə > Dünya > ABŞ-ın Hörmüz planı NATO-da QƏBUL OLUNMADI

ABŞ-ın Hörmüz planı NATO-da QƏBUL OLUNMADI


19-07-2019, 21:17

 


Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın İrana qarşı “beynəlxalq dəniz koalisiyası” yaratmaq cəhdi NATO müttəfiqləri tərəfindən qəbul olunmayıb. Başda Türkiyə, Almaniya və Fransa olmaqla, üzv ölkələr bu cəhdin hərbi toqquşma riskini artıracağı fikrindədirlər.
ABŞ-ın Hörmüz boğazından keçən ticarət gəmilərini qorumaq üçün Bəsra Körfəzidəki hərbi varlığın artırılması cəhdinin NATO müttəfiqləri tərəfindən dəstəklənmədiyi bildirilir. Almaniyanın DPA xəbər agentliyi amerikalı məmurların bu cəhdi dəstəkləmək üçün bu həftə Brüsseldə danışqlar apardıqlarını və NATO müttəfiqlərinə layihə ilə bağlı məlumat verdiklərini yazıb.


Geri qayıt