Əsas Səhifə > SAĞLAMLIQ > Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


24-09-2021, 09:46
Sabah, sentyabrının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Şəffaflıq.az

Geri qayıt