Əsas Səhifə > Hadisə > 14 yaşlı yeniyetməni avtomobil vurub

14 yaşlı yeniyetməni avtomobil vurub


21-09-2021, 22:18
Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Mehtiyev Vüsal Rizvan oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt