Əsas Səhifə > İdman > Silahlı şəxslər məşhur futbolçunu qarət ediblər

Silahlı şəxslər məşhur futbolçunu qarət ediblər


21-09-2021, 18:38
Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.
"Report"un "El Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, hadisə 48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən baş verib.
3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.
Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.
Qeyd edək ki, Roberto Ayala 2000 - 2007-ci illərdə İspaniya "Valensiya"sında 200-dən çox oyun keçirib. O, "yarasalar"ın heyətində La Liqa çempionluğunu və UEFA Kubokunu qazanıb. Ölkəsində "River Pleyt", İtaliyada "Napoli" və "Milan" klublarının da formasını geyinən veteran müdafiəçi 2018-ci ildən Argentina millisində Lionel Skaloninin köməkçisi vəzifəsində çalışır.

Geri qayıt