Əsas Səhifə > Hadisə > Biləsuvarda motosiklet qadını vuraraq öldürüb

Biləsuvarda motosiklet qadını vuraraq öldürüb


16-09-2021, 10:17
 Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt