Əsas Səhifə > Dünya > İraqda PKK terrorçuları zərərsizləşdirilib

İraqda PKK terrorçuları zərərsizləşdirilib


16-09-2021, 09:29
 Türkiyənin Hərbi Qüvvələri İraqın şimalında “Pençe-Şimşek” əməliyyat zonasında PKK təşkilatının terrorçularını zərərsizləşdirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyata ATAK helikopterləri də cəlb edilib. Qeyd edilir ki, əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.
Nazirlik İraqın şimalında terrorçulara qarşı əməliyyatların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər, terror aktları həyata keçiriblər. Nəticədə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin terrorçular tərəfindən qətlə yetirilib.“Report” 

Geri qayıt