Əsas Səhifə > Hadisə > Yardımlıda silahlı insident: torpaq üstündə həmkəndlisini güllələdi

Yardımlıda silahlı insident: torpaq üstündə həmkəndlisini güllələdi


12-09-2021, 21:18
Yardımlı rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Bakupost.az -a bildirilib ki, hadisə rayonun Arvana kəndinin yaxınlığında "Savaş postu" deyilən ərazidə qeydə alınıb.

Belə ki, kənd sakini Asif Bayraməli oğlu Ağayev torpaq sahəsi üstündə həmkəndlisi Nəsrəddin Valeh oğlu Sətizadəni tüfənglə qətlə yetirib.

Qətlə yetirən Asif ailəli olub, 3 övladı var. Ölən şəxs isə subaydır.
Elnur

Geri qayıt