Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb


10-09-2021, 19:55
 Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

  Şəffaflıq.az
Geri qayıt