Əsas Səhifə > Elm Təhsil > Emin Əmrullayev rektorlarla görüşüb

Emin Əmrullayev rektorlarla görüşüb


9-09-2021, 23:38
Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.
Bu barədə  Təhsil nazirliyindən məlumat verilib.

Görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

Şəffaflıq.az
Geri qayıt