Əsas Səhifə > Siyasət / Dünya > 83 dövlətinin başçısının BMT Baş Assambleyasının yüksək səviyyəli həftəlik iclasında iştirakı gözlənilir.

83 dövlətinin başçısının BMT Baş Assambleyasının yüksək səviyyəli həftəlik iclasında iştirakı gözlənilir.


9-09-2021, 23:30
 Dünyanın 83 dövlətinin başçısının BMT Baş Assambleyasının yüksək səviyyəli həftəlik iclasında iştirakı gözlənilir.
Şəffaflıq.az xəbər verir ki, bunu yekun mətbuat konfransında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bildirib.
"Yüksək səviyyəli həftəlik iclasda 43 hökumət başçısı və 3 nazir müavini şəxsən iştirak edəcək, 23 ölkə isə xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq", - Bozkır deyib.
BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də təşkilatın Nyu-Yorkdakı qərargahında başlayacaq. Yüksək səviyyəli həftəlik iclas isə 21-27 sentyabr tarixlərində olacaq.
Proqrama görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya da daxil olmaqla, bir neçə ölkənin prezidentinin 76-cı sessiyada çıxışı planlaşdırılır.

Geri qayıt