Əsas Səhifə > Siyasət > Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib


9-09-2021, 13:19
  Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.
Şəffaflıq.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.
O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.
Geri qayıt