Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq


9-09-2021, 09:49
 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.
Şəffaflıq.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, gələnilki büdcə xərclərinin 6,6%-i deməkdir.
2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13% azalacaq.

Geri qayıt