Əsas Səhifə > Siyasət > Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.

Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.


7-09-2021, 22:46
Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.
Şəffaflıq.az bildirir ki, Bakıdan uçan təyyarə İrəvana eniş edib.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovunmüşayiəti ilə iki hərbi əsir - Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.
Həmin ermənilər iyulun 14-də səhər saatlarında Zəngəzurda Qara göl yaxınlığında itən əsgərlərdir.
Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.

Geri qayıt