Əsas Səhifə > Hadisə > Bakıda kişi meyiti aşkarlanıb

Bakıda kişi meyiti aşkarlanıb


31-08-2021, 09:33
 Bakıda mənzildə 51 yaşlı kişinin meyiti aşkarlanıb.

Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Geri qayıt