Əsas Səhifə > Hadisə > Sumqayıtda dənizdə batan uşağın meyiti tapılıb

Sumqayıtda dənizdə batan uşağın meyiti tapılıb


26-08-2021, 15:02
 Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Şəffaflıq.az

Geri qayıt