Əsas Səhifə > Dünya > Meksikada hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

Meksikada hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var


26-08-2021, 08:58
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi helikopter 50 metr səmaya qalxdıqdan az sonra sonra yerə düşüb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan biri Verakruz əyalətinin daxili işlər naziri Erik Kisnerosdur. Onun vəziyyəti sabit qiymətləndirilir.
Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Pilot fırtına səbəbindən helikopterə idarəetməni itirib.

Geri qayıt