Əsas Səhifə > Gündəm > “Komissiyaların səlahiyyət müddəti 5 ildir.

“Komissiyaların səlahiyyət müddəti 5 ildir.


19-08-2021, 16:38
 “Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra DSK-lar formalaşdırılmalıdır”.

Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır”.

Geri qayıt