Əsas Səhifə > Hadisə > Mingəçevir Su Anbarında köməksiz qalan 3 nəfər xilas edilib

Mingəçevir Su Anbarında köməksiz qalan 3 nəfər xilas edilib


7-08-2021, 22:59
 Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir Su Anbarında qayıqda köməksiz qalanlar xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN)xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir Su Anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.
Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Geri qayıt