Əsas Səhifə > Hadisə > İranda gəmi qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

İranda gəmi qəzaya uğrayıb - ÖLƏNLƏR VAR


20-11-2018, 00:29
 

İranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.
"Bir gəmi xidmətçisi xilas edilib, 2 dənizçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb, 2-nin meyiti isə axtarılır. Hazırda axtarış əməliyyatına havadan da dəstək göstərilir"./trend/
Geri qayıt