Əsas Səhifə > İdman > Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb


4-08-2021, 15:16
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Şəffaflıq.az-ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb.
Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Geri qayıt