Əsas Səhifə > Hadisə > Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub


3-08-2021, 18:46
Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Geri qayıt