Əsas Səhifə > SAĞLAMLIQ / Gündəm > Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı.4 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı.4 nəfər vəfat edib.


1-08-2021, 17:26
 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 344 520 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir.
Ölkədə son sutka ərzində 9 400, hazırkı dövrədək isə 4 043 740 test aparılıb.

Geri qayıt