Əsas Səhifə > Hadisə > Göygöldə iki qardaş bıçaqlanıb

Göygöldə iki qardaş bıçaqlanıb


31-07-2021, 23:44
 Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.
Şəffaflıq.az məlumatına görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində olub.
Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb."Report"

Geri qayıt