Əsas Səhifə > Gündəm / Cəmiyyət > Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı
Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı31-07-2021, 23:41 |
Türkiyənin Antalya, Adana, Muğla, Mersin, Osmaniyə və digər yaşayış məntəqələrində baş verən meşə yanğınlarının həmvətənlərimizə mənfi təsirinin azadılması ilə əlaqədar, Diasporla İş üzrə Dövlət Komitəsində, o cümlədən müvafiq bölgələdəki diaspor təşkilatlarında mövcud böhran vəziyyəti ilə əlaqədar 24 saat fəaliyyət göstərən "qaynar xətt" yaradılıb. Bu barədə Komitədən məlumat verilib. Hazırda, Türkiyə ərazisində olan və böhran bölgələrində baş verən hadisələrdən zərərçəkmiş Azərbaycan Respublikasının vətəndaşları və ya onlar barədə məlumatı olanlardan, eləcə də bu ağır günlərdə öz dəstəyini göstərmək istəyən şəxslərdən Komitənin və diaspor təşkilatlarının "qaynar xətt" telefon nömrələrinə zəng etmələri xahiş olunur. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi "Qaynar xətt": +994 50 607 98 36 Diaspor təşkilatları Ankara Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi Mob.: +90 552 613 28 28, +90 506 570 84 70 Ankara Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi Mob.: +90 532 594 44 77 Adana Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyi Mob.: +90 532 241 32 22 Antalya "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyi Mob.: +90 507 547 84 09, +90 533 711 92 71 Antalya Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Mob.: +90 551 181 63 11 Kocaəli Kocaəli Dərincə Azərbaycan Evi Dərnəyi Mob.: +90 505 750 83 13 Əskişəhər Əskişəhər Azərbaycanlılar Dərnəyi Mob.: +90 507 780 50 80 Hatay Hatay Azərbaycan Evi Mob.: +90 553 007 42 73 Geri qayıt |