Əsas Səhifə > Sosial > Əmək qabiliyyətinin itirilməsinə görə icbari ödənişlərdən azadolma

Əmək qabiliyyətinin itirilməsinə görə icbari ödənişlərdən azadolma


30-07-2021, 23:31
 “Sosial Sığorta haqqında” Qanuna əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə sığortaedənin vəsaiti hesabına verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır.
Şəffaflıq.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bundan əlavə, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə görə, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.
Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır.

Geri qayıt