Əsas Səhifə > Hadisə / Dünya > Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb


30-07-2021, 08:59
 Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.
Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.
"Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı", - yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.
Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Geri qayıt