Əsas Səhifə > Gündəm > Şabranda toy qaydalarını pozan şəxs cərimələnib

Şabranda toy qaydalarını pozan şəxs cərimələnib


29-07-2021, 10:42
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Güləmli kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

Şəffaflıq.az bu barədə Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, məclisin sahibi, Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.


Geri qayıt