Əsas Səhifə > Hadisə > Ermənistan ordusunun zabiti yol qəzasında ölüb

Ermənistan ordusunun zabiti yol qəzasında ölüb


24-07-2021, 11:01
Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çarpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirozyan ölüb.
“Report” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.
Məlumata görə, qəza iyulun 24-də baş verib.
Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.
Faktla araşdırma aparılır.

Geri qayıt