Əsas Səhifə > REGİON / Cəmiyyət > “Şamaxı Gənclər Paytaxtı-2019” seçilməsi ilə əlaqədar Simvolik açarın təqdim olunması ilə bağlı hazırlanmış videoçarx iştirtakçılara təqdim olunub._FOTOLAR\VİDEO YENİLƏNİB
“Şamaxı Gənclər Paytaxtı-2019” seçilməsi ilə əlaqədar Simvolik açarın təqdim olunması ilə bağlı hazırlanmış videoçarx iştirtakçılara təqdim olunub._FOTOLAR\VİDEO YENİLƏNİB3-07-2019, 19:34 |
![]() Bu il Şamaxı rayonu respublikanın 22 şəhər və rayonları arasında 30,1 faiz səs çoxluğu ilə qalib gələrək 2019-cu ilin “Gənclər Paytaxtı” seçilmişdir. Bununla əlaqədar olaraq, rayonda görüləcək işlərlə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər-Planına uyğun olaraq rayonda müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, Şamaxı “Gənclər Paytaxtı-2019” seçilməsi ilə bağlı rayonun ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında müxtəlif intellektual oyunlar, rəsm və foto müsabiqələri, konsert proqramları, idman yarışları və digər tədbirlər keçirilmişdir. Həmçinin bununla bağlı rayonun müxtəlif yerlərində 200 nəfərdən artıq gənclərin iştirakı ilə videoçəkilişlər aparılmışdır. Bu videoçarxın təqdimatı 03 iyul 2019-cu il tarixində saat 11:00-da Şamaxı rayon Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət gostərən media qurumları, mətbuat xidmətlərinin nümayəndələri, idarə və təşkilatlarda çalışan rayonun 50 yaxın fəal gənclərinin iştirakı ilə keçirilib. Tədbirdə həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin məsul işçisi Babaqədir Qədirov, rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, “Şəffaflıq” Müstəqil ictimai-siyasi–hüquq qəzetinin baş redaktoru Vahid İsmayılov, Oxu.az və Baku tv-nin müxbiri Rəşad Aydın ARB tv kanalının müxbiri Cavanşir Seyfəddinoğlu və Qarabağ Veteranları Cəmiyyətinin sədri Fuad Səmiyev də iştirak etmişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |