Əsas Səhifə > İdman / Cəmiyyət > 02 iyul "Azərbaycan Polislərinin Peşə Bayramı Günü" münasibəti ilə Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir.-FOTO
02 iyul "Azərbaycan Polislərinin Peşə Bayramı Günü" münasibəti ilə Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir.-FOTO3-07-2019, 01:58 |
![]() 02 iyul "Azərbaycan Polislərinin Peşə Bayramı Günü" qeyd olunması münasibəti ilə 02 iyul 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir. Şəffaflıq.az xəbər verir ki, turnirə Şamaxı Olimpiya Mərkəzinin, Qafqaz Arena, Göylər, Sabir komandaları üzrə 50 nəfərə yaxın yeniyetmə taekvondoçu cəlb edilmişdir. Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev, rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Ziya İbrahimov, şöbənin polis əməkdaşları və digər qonaqlar da iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızda, o cümlədən rayonumuzda sabitliyin yaranmasında və asayişin qorunması sahəsində göstərdikləri xidmətlərindən danışdı. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Əfşanə Şəffaflıq.az Geri qayıt |