Əsas Səhifə > Hadisə > Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO


21-07-2021, 19:56
Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Toy kortejində yüksək sürətlə hərəkətdə olan "Khazar" markalı avtomobil həmin kortejdə gedən "Ford"a çırpılıb.
Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

  
Geri qayıt