Əsas Səhifə > Hadisə > Salyanda avtomobil azyaşlı uşağı vurdu

Salyanda avtomobil azyaşlı uşağı vurdu


14-07-2021, 10:03
 Salyanda azyaşlını avtomobil vurub.
Şəffaflıq.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.
Qəza nəticəsində azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt