Əsas Səhifə > Hadisə > 17 yaşlı oğlan suda boğulub

17 yaşlı oğlan suda boğulub


13-07-2021, 20:55
Saatlı rayonunda gənc oğlan suda boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Potubəyli kənd sakini, 2004-cü il təvəllüdlü Azadov Ramin Vahid oğlu Mil-Muğan kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt