Əsas Səhifə > Dünya > Dünyada 768 milyondan çox insan aclıqdan əziyyət çəkir

Dünyada 768 milyondan çox insan aclıqdan əziyyət çəkir


13-07-2021, 10:02
 Pandemiya səbəbi ilə dünyada aclıqdan əziyyət çəkən insanların sayı kəskin artıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO) və Dünya Qida Proqramı (WFP) tərəfindən yayımlanan məlumatlarda yer alıb.
Qeyd olunub ki, 2020-ci ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 768 milyon nəfərə (2019-cu ilə nisbətən 118 milyon nəfər çoxdur – Red) çatıb. Bu, planetin ümumi əhalisinin 10 faizidir.
Aclıqdan əziyyət çəkən insanların çoxu Asiya və Afrikada yaşayır. Asiyada 418 milyon insan, Afrikada materikinin 21 faiz sakini gündəlik qida tapmaqda çətinlik çəkir.

Geri qayıt