Əsas Səhifə > Hadisə > Sabirabadda avtomobil yandı - xəsarət alan var

Sabirabadda avtomobil yandı - xəsarət alan var


8-07-2021, 15:13
Sabirabadda avtomobil, Tovuzda transformator yanıb.
Fövqəladə Hallar Nazirliyindən Şəffaflıq.az-a verilən məlumata görə, Sabirabad rayonunun Hacıbəbir kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tovuz rayonunun Hacallı kəndində isə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt