Əsas Səhifə > Cəmiyyət > 160 min medaldan 13,3 mini təqdim olunub

160 min medaldan 13,3 mini təqdim olunub


6-07-2021, 17:50
2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu günədək Azərbaycan Ordusu üzrə 160 000 medaldan yalnız 13 300 medal aidiyyəti üzrə təqdim olunub.
"Təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq", - məlumatda vurğulanıb.

Geri qayıt