Əsas Səhifə > Hadisə > Qırmızı Bazar istiqamətində yanğın olub

Qırmızı Bazar istiqamətində yanğın olub


2-07-2021, 21:50
Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla Nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Geri qayıt