Əsas Səhifə > Hadisə > Tovuzda qəza - Ölən və yaralanan var

Tovuzda qəza - Ölən və yaralanan var


30-06-2021, 19:10
 Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Şəffaflıq.az xəbər verir ki, 1979-ci il təvəllüdlü Namiq Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks zolağa çıxan "Ford Transit" markalı yük maşını ilə toqquşub. Nəticədə Namiq Məmmədov hadisə yerində ölüb, "Ford"un sürücüsü, 1981-ci il təvəllüdlü Emin Hüseynov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır."Qafqazinfo"

Geri qayıt