Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Temperatur 45 dərəcəyə çatacaq, son 1500 ilin... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Temperatur 45 dərəcəyə çatacaq, son 1500 ilin... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ26-06-2019, 22:29 |
![]() Alimlərin proqnozuna görə, növbəti cümə günü Madriddə temperatur 40,6 dərəcəyə, Fransada isə 45 dərəcəyə qədər yüksələcək. Fransada bunun tarixi rekord olacağı və 2003-cü ildə qeydə alınan, 11 min fransızın ölümünə səbəb olan 44,1 dərəcəlik temperaturu üstələyəcəyi vurğulanıb. Qəzetə açıqlama verən Potsdam Universitetinin klimatoloqu Stefan Ramstorf anomal istilərin qaçılmaz olduğunu bildirib: “İstilik səssiz qatildir. Keçən il istilər ucbatından Almaniyada 1000 nəfər, 2003-cü ildə Avropada isə ümumilikdə 70 min nəfər ölüb”. Onun sözlərinə görə, Avropada son 1500 ildən bu yana ən isti dövr 2016 və 2018-ci ildə qeydə alınıb.Axar.az Geri qayıt |