Əsas Səhifə > Hadisə / Dünya > Azərbaycanlı gənc Moskvada çayda boğulub

Azərbaycanlı gənc Moskvada çayda boğulub


27-06-2021, 21:25
 

Şəki rayon sakini Rusiyada suda boğulub.

APA-nın məlumatına görə, hadisə Moskva şəhərində qeydə alınıb.
Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.
V. Abdullazadənin yaxınlarının APA-ya verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Geri qayıt