Əsas Səhifə > Dünya / Maraqlı > Bu ölkədə isti havaya görə küçələrdə duş kabinləri qoyuldu

Bu ölkədə isti havaya görə küçələrdə duş kabinləri qoyuldu


26-06-2021, 07:39

 

Ukraynada hədsiz isti havalardan bezənlər sərinləmək üçün küçələrdə səyyar duş kabinləri qurub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Paytaxt Kiyevdə qoyulan duş kabinlərinin yaxın vaxtlarda ölkənin digər şəhərlərində də quraşdırılacağı istisna edilmir.

Qeyd edək ki, ölkə son illərin ən isti yayını yaşayır. Ölkədə temperatur 40 dərəcəyədək yüksəlib ki, bu da ukraynalıların vərdiş etmədiyi vəziyyətdir.

Geri qayıt