Əsas Səhifə > Hadisə > Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

Qubada avtomobil qayadan aşıb, sürücü ölüb


26-06-2021, 07:37

 

Quba rayonunda yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt