Əsas Səhifə > Digər > Bakıdakı toz dumanı normadan beş dəfə çoxdur

Bakıdakı toz dumanı normadan beş dəfə çoxdur


20-06-2021, 22:00

 

Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

“Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir”, - məlumatda deyilir.

Geri qayıt