Əsas Səhifə > Şou-biznes > Hindistanın məşhur aktyoru vəfat edib

Hindistanın məşhur aktyoru vəfat edib


17-06-2021, 14:50
Hindistanın məşhur aktyoru, ictimai xadimi Çandraşekxar 98 yaşında Mumbayda vəfat edib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə onun qohumları bildiriblər.
Ölümünə səbəb olaraq yaşı göstərilib.
Çandraşekxar 1922-ci il iyunun 22-də Hindistanda anadan olub. Onun aktyorluq karyerasının zirvəsi 1950-60-cı illərdə olub. Çandraşekxar 172 filmdə çəkilib. Ona ən çox məşhurluğu 1982-ci ildə çəkildiyi “Disko rəqqası” filmi gətirib.

Geri qayıt