Əsas Səhifə > İdman > “Dinamo” – “Neftçi” matçının saatı açıqlandı

“Dinamo” – “Neftçi” matçının saatı açıqlandı


17-06-2021, 10:04
“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su ilə Tbilisidə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.
Şəffaflıq.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.

Geri qayıt