Əsas Səhifə > Region / Elm Təhsil > Ağdaşda son zəng tədbirləri keçirilib.

Ağdaşda son zəng tədbirləri keçirilib.


15-06-2021, 13:49

Bu gün rayonun tam orta  məktəblərinin ərazisində Təhsil Nazirinin müvafiq əmrinə   uyğun olaraq  "Son zəng" tədbirləri  keçirilib.

Şəffaflıq.az xəbər verir ki,tədbir ərəfəsində şagirdlərin təhlükəsiz¬liyinin təmin edilməsi məqsədilə məktəblərdə zəruri tədbirlər həyata keçirilib.
“Son zəng 2021” tədbirlərində rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin valideyn komitələri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edib.
  Qeyd edək ki, 2020/2021-ci dərs ilində  rayonun 41 tam orta  məktəbindən  829 nəfər  məzunun tam orta təhsil pilləsini başa vurması gözlənilir.


Əli Miriyev.
Ağdaş rayonu 
Şəffaflıq.az
Geri qayıt