Əsas Səhifə > Mədəniyyət > Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb


14-06-2021, 17:17
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 13 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 133 078 nəfərə çatıb.
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Geri qayıt