Əsas Səhifə > Hadisə > Göyçayda avtomobil aşıb, xəsarət alan var

Göyçayda avtomobil aşıb, xəsarət alan var


13-06-2021, 08:08

 

Göyçayda yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Amil Bədəlovun idarə etdiyi 60-BP-602 dövlət seriya nömrəli, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt