Əsas Səhifə > SAĞLAMLIQ > COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var

COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var


12-06-2021, 07:47

 

Amerikalı alimlər COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsir göstərə biləcək mexanizm müəyyən ediblər.

Şəffaflıq.az “İnterfax”-a istinadən xəbər verir ki, alimlər süni intellektlə Altsheymer xəstəliyi və COVID-19 xəstələrinin məlumatlarını öyrəniblər.

Onlar SARS-CoV-2 və Altsheymer xəstələrinin genləri və zülalları ilə bir neçə nevroloji xəstəliklə əlaqəli olan gen və zülallar arasındakı yaxınlığı ölçüblər.

Tədqiqatçılar SARS-COV-2-nin beyin toxumalarına və hüceyrələrə yoluxmasına imkan verən genetik faktorları da təhlil ediblər:

“Bu məlumatlar virusun beyindəki neyroinflamasiya və mikrovaskulyar zədələnmələrdə iştirak edən bir neçə geni və ya yolu hədəf alacağını göstərir ki, bu da Altsheymer bənzər koqnitiv pozğunluğa səbəb ola bilər”.

Geri qayıt