Əsas Səhifə > Hadisə / Region > Əfqanıstanda terror: təşkilatın 10 əməkdaşı öldürülüb
Əfqanıstanda terror: təşkilatın 10 əməkdaşı öldürülüb9-06-2021, 09:22 |
Əfqanıstanda naməlum silahlılar Böyük Britaniya və ABŞ-ın minaların və partlamamış sursatların zərərsizləşdirməsi istiqamətində fəaliyyət göstərən "HALO Trust" qeyri-kommersiya təşkilatının əməkdaşlarına hücum ediblər. Şəffaflıq.az-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində təşkilatın azı 10 əməkdaşı öldürülüb, 14-ü isə yaralanıb. Əfqanıstanın "1TV" telekanalının məlumatına əsasən, insident ölkənin Bağlan əyalətində baş verib. Əfqanıstan rəsmiləri hücumun Taliban hərəkatı tərəfindən həyata keçirildiyini hesab edirlər. Geri qayıt |